...

AZƏRBAYCANIN QUSAR RAYONUNDA DAĞ XİZƏYİ İDMAN VƏ İSTİRAHƏT KOMPLEKSİ YARADILACAQ

Cəmiyyət Materials 5 Avqust 2005 19:33 (UTC +04:00)

Azərbaycanın Qusar rayonunda yaxın vaxtlarda dağ xizəyi idman və istirahət kompleksinin yaradılması layihəsinin həyata keçirilməsinə başlanılacaq. Azərbaycan gənclər, idman və turizm nazirlyinin Baş idarəsində Trend agentliyinə bildirilib ki, bu məqsədlə İsveçrə, Avstriya, Rusiya, Türkiyə və Fransadan dəvət edilmiş mütəxəssislər respublikamızın Şamaxı, Şəki, Quba, Qusar kimi müxtəlif rayonlarında tədqiqatlar aparmış və ən əlverişli yer olaraq Qusar şəhərinin 38 km-də yerləşən Ləzə kəndinin ərazisi seçilmişdir.Bura Şahdağın ətəyidir və burada kompleksin yaradılmasına dair qərar qəbul edilib.

Sahəsi 10 kvadrat kilometri ötən ərazidə mehmanxana kompleksi tikiləcək, 9 min metr uzunluqda yollar çəkiləcək, idmanın qış növləri ilə məşğul olmaq və turizmin inkişafı üçün əlverişli şərait yaradılacaq.İdarədə bildirilib ki, regional və beynəlxalq miqyasda keçirilən yarışlar üçün bütün imkanlara malik olacaq bu kompleksin Qafqazda anoloqu olmayacaq.

Xəbər lenti

Xəbər lenti