...

LALƏ MƏMMƏDOVA "KÖLGƏN OLARAM"IN KLİPİNİ TƏQDİM ETDİ

Cəmiyyət Materials 5 Avqust 2005 20:28 (UTC +04:00)
LALƏ MƏMMƏDOVA "KÖLGƏN OLARAM"IN KLİPİNİ TƏQDİM ETDİ

Müğənni Lalə Məmmədovanın "Kölgən olaram" mahnısına çəkilmiş klipinin təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, avqustun 5-də Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan mərasimdə klipə baxış keçirilib.

Mahnının sözlərinin və musiqisinin müəllifi Gövhər Həsənzadə, aranjemançısı Yaşar Baxış, klipin rejissoru Fuad Əlişov, operatoru Laçın Allahverdiyevdir. Ssenari üzrə heç bir süjet xətti olmayan klipdə müğənnidən başqa Pantomima Teatrının aktyorları iştirak ediblər.

Yeni çəkilmiş klipə baxışdan sonra media nümayəndələrinin bu ekran əsəri haqqında müsbət fikirlərini bildiriblər, onun fərqləndiyini, bir sıra üstünlüklərinə görə seçildiyini deyiblər. Yalnız bəzi məqamların digər kliplərdəki epizodlarla oxşar olması barədə bir irad tutuldu.

Lalə Məmmədova və Fuad Əlişov isə bu fikirlə razılaşmayaraq, klipdə təkrarçılığa yol verilmədiyini və bundan əvvəl istifadə edilmiş ideyalardan yararlanmadıqlarını bildiriblər.

Lalə Məmmədova bütövlükdə klipdən razı qaldığını dilə gətirib. O, xeyli populyarlıq qazanan "Kölgən olaram" mahnısının kliplə eyni vaxtda pərəstişkarlarının ixtiyarına vermək istədiyini, lakin klip çəkilişlərinin uzanması üzündən buna nail olmadığını deyib.

Klipin ərsəyə gəlməsinin yubanması barədə rejissor özü məlumat verib. F.Əlişov özü də çəkdiyi klipdən narazı qalmayıb.

Lalə Məmmədova bundan sonra da rejissor F.Əlişovla birgə çalışacağını, onunla gələcək planların olduğunu deyib.

Müğənni yeni bir mahnısına klip çəkilişlərinə başlayacağını və bu musiqinin kliplə eyni vaxtda ortaya çıxarılacağını deyib.

Lalə Məmmədova həm də yaxın zamanlarda diskinin işıq üzü görəcəyini və təqdimat mərasiminin keçiriləcəyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti