...

QAXDA REGİONAL KİTABXANA –İNFORMASİYA MƏRKƏZİ YARADILIB

Cəmiyyət Materials 6 Avqust 2005 12:28 (UTC +04:00)

ABŞ-nın Bakıdakı səfirinin köməkçisi Ceyson Haylend (Jason Hyland) avqustun 8-də Azərbaycan mədəniyyət nazirliyinin nümayəndələri ilə birgə Azərbaycanın Qax rayonunda Regional kitabxana-informasiya mərkəzinin açılışında iştirak edəcək. Trend agentliyi bildirir ki, bu barədə Amerika səfirliyinin məlumatında deyilir.

Mərkəz Amerikanın IREX təşkilatının ABŞ-nın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə birgə maliyyələşdirdiyi regional kitabxanaların inkişafı Proqramı çərçivəsində yaradılıb.

Kompyüterləşdirilmiş mərkəz məlumatlar bazası və İnternetlə sərbəst əlaqəni əhatə edəcək ki, bu da cəmiyyətin respublikanın ictimai həyatında daha da fəal iştirak etməsini təmin edəcək.

Xəbər lenti

Xəbər lenti