...

HÖKUMƏT SƏHİYYƏ NAZİRLİYİNİN MADDİ-TEXNİKİ BAZASININ MÖHKƏMLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ ƏLAVƏ VƏSAİT AYIRA BİLƏR

Cəmiyyət Materials 6 Avqust 2005 14:51 (UTC +04:00)

Azərbaycan hökuməti ilin sonuna qədər Səhiyyə Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə əlavə vəsait ayıracaq. Nazirlikdə Trend ə bildirildiyi kimi, strukturun rəhbərliyi hökumətə maliyyələşdirilmələri tələb olunan bir sıra layihə və təkliflər təqdim edib.

Nazirlikdən xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin rəhbərliyi səhiyyə obyektlərinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə daha çox diqqət yetirir və bununla əlaqədar bu il dövlət büdcəsində ayrılacaq vəsaitin həcmi keçən illə müqayisədə 15 dəfə artırılıb. "Son dövr ərzində təkcə Bakıda təxminən 300 ambulatoriya və stasionar təmir edilib", - deyə Nazirlikdə bildirilib.

Xatırladaq ki, bu yaxınlarda ölkəyə "təcili yardım" maşınları gətirilib. 92 avtomobildən 40-ı Bakının tibb müəssisələrinə, 12-si Naxçıvana, 2-si azərbaycanlıların kompakt halda yaşadıqları Gürcüstan rayonlarında yerləşən səhiyyə obyektlərinə verilib, qalanları isə ölkənin regionlarına paylanılıb.

Xəbər lenti

Xəbər lenti