...

AFFA-NIN ELMİ-METODİK QRUPU FUTBOL ÜZRƏ YIĞMANIN MƏŞQÇİSİNƏ KÖMƏKLİK GÖSTƏRİR

Cəmiyyət Materials 6 Avqust 2005 15:17 (UTC +04:00)

AFFA-nın yanında yaradılmış elmi-metodik qrup komandaya namizədlərin müəyyən edilməsində futbol üzrə yığmanın baş məşqçisi Vaqif Sadıqova kömək etməlidir.

Yığmanın məşqçisinin Trend ə bildirdiyi kimi, qrup son dərəcə məhsuldar işləyir və onun nümayəndələri artıq Ali liqanın müxtəlif komandalarından bir sıra normativlər götürüblər.

"Turan" futbolçularının yüksək göstəricilər nümayiş etdirmələri onu xüsusilə sevindirib. V.Sadıqovun sözlərinə görə, bu yenilik ona kömək edir, belə ki, uşaqların potensialları ilə tanış olmaq üçün çox gözəl imkan yaranıb.

Xatırladaq ki, gələn həftə mütəxəssis Tiranada keçiriləcək yoldaşlıq matçında Albaniya ilə oynayacaq yığmaya namizədlərin siyahısını açıqlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti