...

ŞAHMATÇILARIMIZ AVROPA ÇEMPİONATINDA DOQQUZUNCUDURLAR

Cəmiyyət Materials 8 Avqust 2005 11:09 (UTC +04:00)

İsveçin Geteborq şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatının 8 və 9-cu turlarında Almaniya və Macarıstan yığması ilə heç-heçə oynayan (2:2) şahmatçılarımız 18 mümkün xaldan 11 xal toplayaraq və Rusiya, Ermənistan, İngiltərə, Macarıstan, İspaniya yığmalarını geridə qoyaraq 9-cu yerdə qərarlaşıblar.

Gözlənilməz olsa da, Hollandiya komandası 15 xal toplayaraq Avropa çempionu olub. İsraillilər 14 xalla ikinci, fransızlar isə 13 xalla üçüncüdürlər.

Xəbər lenti

Xəbər lenti