...

AZƏRBAYCANIN YIĞMA KOMANDASI ALBANİYA KOMANDASI İLƏ YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRƏCƏK

Cəmiyyət Materials 9 Avqust 2005 11:15 (UTC +04:00)

Futbol üzrə Azərbaycan yığması 2006-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 17-də Tiranada Albaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Trend in məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyası Assosiasiyasında (AFFA) məlumat verilib.

Futbolçularımız avqustun 13-də Tiranaya yola düşəcəklər. Qeyd edək ki, futbolçular Anatoli Ponomaryov, Samir Abbasov və Kamal Quliyev müəyyən səbəblər üzündən bu görüşdə iştirak etməyəcəklər.

AFFA-da onu da bildiriblər ki, Albaniya yığması ilə görüş yığmamızın Şimali İrlandiya və Avstriya komandaları ilə qarşılaşacağı çempionatın seçmə oyunlarına hazırlıq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti