...

AZƏRBAYCANIN DİNİ TƏŞKİLATLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ SƏDRİ TÜRKİYƏYƏ GEDİB

Cəmiyyət Materials 9 Avqust 2005 20:18 (UTC +04:00)

Azərbaycanın dini təşkilatlarla iş üzrə dövlət komissiyasının (DTİDK) sədri Rafiq Əliyev avqustun 9-da Türkiyəyə gedib.

Trend agentliyi bildirir ki, səfər Türkiyənin Dini Məsələlər Xidmətinin (Presidency of Religious Affairs) başçısı Əli Bardakoğlunun dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində Azərbaycanın DTİDK ilə Türkiyənin Dini Məsələlər Xidməti arasında 2002-ci ildə imzalanmış əməkdaşlığa dair protokolun gerçəkləşdirilməsi üzrə fikir mübadiləsi aparılacaq.

Eyni zamanda Türkiyənin dini məsələlər üzrə parlament komissiyasında və dost ölkənin digər qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.R.Əliyev həm də Türkiyənin təhsil müəssisələrində dini fənlərin tədrisi ilə tanış olacaq.

Həmçinin Bakı Dövlət Universitetində 1998-ci ildə Türkiyənin Dini Məsələlər Xidməti tərəfindən yaradılmış İlahiyyat Fakültəsinin gələcək fəaliyyət perspektivləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Rafiq Əliyevin Türkiyəyə səfəri avqustun 13-də, şənbə günü başa çatacaq.

Xəbər lenti

Xəbər lenti