...

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ ERMƏNİ KİLSƏSİNİN ŞUŞADAKI MƏSCİDİ ÖZ HİMAYƏSİNƏ GÖTÜRMƏSİ BARƏDƏ BƏYANATI TƏXRİBAT HESAB EDİR

Cəmiyyət Materials 11 Avqust 2005 19:29 (UTC +04:00)

Qafqaz müsəlmanları idarəsi (QMİ) erməni kilsəsinin yepiskopu Pargev Martirosyanın Azərbaycanın qədim şəhəri olan Şuşada (Dağlıq Qarabağ) şiə məscidini öz himayəsinə götürməsi barədə bəyanatı növbəti təxribat hesab edir. İdarənin bəyanatında deyilir ki, həmin bəyanatı yalnız heç bir çərçivəyə sığmayan riyakarlıq nümunəsi kimi qətiyyətlə pisləmək olar.

Bəyanatda qeyd olunur ki, bu, dünya ictimaiyyətinin nəzərində erməni terrorçularının misligörünməmiş vəhşilik və vandalizm aktlarını ört-basdır etmək , özlərini "humanist" kimi qələmə vermək cəhdindən başqa bir şey deyil.

Burada həmçinin ümid edilir ki, İran İslam Respublikası məscidin bərpasına İran tərəfinin cəlb edilməsi istəyini bəyan edən ermənilərin bu təxribatına getməyəcək.

Xəbər lenti

Xəbər lenti