...

AZƏRBAYCAN JURNALİSTLƏRİN GÜRCÜSTANA SƏFƏRİ TƏŞKİL EDİLƏCƏK

Cəmiyyət Materials 11 Avqust 2005 19:33 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə avqustun 19-da Gürcüstanda yaşayan azərbaycanlıların problem və qayğılarına həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

Komitədən Trend ə verilən məlumata görə "Gürüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli Gürcüstan-Azərbaycan münasibətləri kontekstində" mövzusunda Bakıda təşkil olunacaq konfransın vaxtı dəyişdirilib və hələlik qeyri-müəyyən vaxta təxirə salınıb.

Komitənin məlumatına görə, konfrans barədə kütləvi informasiya vasitələrində məlumat yayıldıqdan sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların bir çoxu, o cümlədən əslən Gürcüstandan olan soydaşlarımız Dövlət Komitəsinə müraciət edərək konfransın işində iştirak etmək istədiklərini bildiriblər.

Həmin müraciətlərdə Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin dərindən araşıdırılmasına ehtiyac duyulduğu bildirilir. İctimaiyyətin geniş marağını, eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlıların təkliflərini nəzərə alaraq, problemləri daha dərindən araşdırmaq məqsədilə Dövlət Komitəsi konfransın başqa vaxta keçirilməsi qərara alıb.

Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini dərindən araşdırmaq, nəzərdə tutulmuş tədbirin daha yüksək səviyyədə keçirilməsini təmin etmək, Azərbaycan ictimaiyyətində bu məsələ ilə bağlı daha dolğun təsəvvür yaratmaq məqsədilə Dövlət Komitəsi yaxın günlərdə Azərbaycan KİV-lərinin nümayəndələrinin Gürcüstana səfərini təşkil etməyi planlaşdırır.

Səfərin əsas məqsədi media nümayəndələrinin soydaşlarımızın qarşılaşdığı çətinliklərlə yaxından tanış olmasına, həmvətənlərimizi narahat edən məsələlərin KİV-lərdə daha geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti