...

"XƏZƏR" AZƏRBAYCANIN FUTBOL ÇEMPİONATININ QƏLƏBƏ İLƏ BAŞLADI

Cəmiyyət Materials 13 Avqust 2005 12:10 (UTC +04:00)

"Xəzər" avqustun 12-də başlamış Azərbaycanın futbol üzrə 24-cü çempionatında öz çıxışlarına qələbə ilə başlbayıb. Trend in məlumatına görə, Rasim Qaranın yetirmələri Ali Liqanın debyutantı "Olimpik" üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanıb. Artıq birinci taymın ortalarında Zaur Ramazanov meydan sahiblərinin müdafiə xəttini yara bilib və onu Milinko Petkoviç dəstəkləyib.

"Bakı" T. Bəhramov adına Respublika stadionunda "Karvan"ın qapısına açar tapa bilibvə 1:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərini bir neçə qol vurmaq təhlükəsi yaratsalar da, yevlaxlıların qolkiperi Elxan Həsənov zərbələrin qarşısını alıb. Lakin görüşün pərdəsi altında "Bakı"nın forvardı Vadim Vasilyev arzusuna çatdı. Birinci turun digər iki matçında "Turan" öz meydanında "Qarabağ"ı 2:1 hlesabı ilə pərişan edib, "Gəncə" - "İnter" yarışı isə heç-heçə- 2:2 ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti