...

"QAFQAZIN TARİXİ" DƏRSLİYİNİN HAZIRLANMASI PROSESİ UZADILIR

Cəmiyyət Materials 15 Avqust 2005 17:17 (UTC +04:00)

"Qafqazın tarixi" dərs vəsaiti ilin sonuna qədər hazırlanacaq. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyində məlumat verilib.

Vəsait Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq layihəsi çərçivəsində hazırlanır və bu təşkilat tərəfindən həyata keçirilir.

Dərs vəsaitinin hazırlanması ideyası Avropa Şurasının təşəbbüsü ilə Cənubi Qafqaz ölkələrinin təhsil nazirlərinin görüşləri zamanı yaranıb. Bu ölkələr üçün böyük dəyərə malik "Qafqazın tarixi" dərsliyinin hazırlanmasına dair qərar qəbul edilib.

Əvvəlcə kitabın cari ilin iyun ayında azərbaycan, rus və ingilis dillərində nəşr olunacağı planlaşdırılırdı, lakin hazırlanmış variant tərəfləri qane etmədiyindən müəyyən düzəliş və əlavələrin edilməsinə dair qərar qəbul edilib.

"Kitabın son variantı 3 ölkənin tarixçilərinin müzakirəsinə çıxarılacaq və yalnız bundan sonnra kitab nəşr olunacaq", - deyə Nazirlikdə qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti