...

BU GÜNƏ KİMİ TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASINDAN APELLYASİYA KOMİSSİYASINDAN 1000-Ə YAXIN ŞİKAYƏT DAXİL OLUB

Cəmiyyət Materials 15 Avqust 2005 19:19 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yanında Apellyasiya komisiyyasının fəaliyyət göstərdiyi 3 gün ərzində qəbul imtahanlarının nəticələrinin yekunlarındlan narazı olan 1000-ə yaxın keçmiş abituriyentin işlərinə baxılıb. Bu barədə Trend ə TQDK-dən məlumat veriblər.

Şikayətlərin əksəriyyəti "guya balların düzgün hesablanmaması" ilə əlaqədardır. Komissiyadan bildiriblər ki, buna baxmayaraq, tələbələrin qəbulu nəzərdən keçirilərkən aydın olub ki, Dövlət Komissiyası hesablamaları düzgün aparıb və heç bir səhvə yol verilməyib.

Apellyasiya komissiyası avqustun 12-dən fəaliyyətə başlayıb. Komissiya həmçinin regional mərkəzlərin yanında da fəaliyyət göstərir.

TQDK-nın rəhbərliyi həmçinin bəzi abituriyentlərdən və onların valideynlərindən bəzi nəzarətçilərin və imtahan rəhbərləri barədə daxil olan şikayətləri də nəzərdən keçirib.

Təhqiqatların nəticələri barədə hələ məlumat verilməyib, lakin bir az sonra onlara qarşı müvafiq tədbirlər görülmək üçün Azərbaycanın Təhsil Nazirliyinə göndəriləcəklər.

Xəbər lenti

Xəbər lenti