...

AZƏRBAYCAN VƏ TÜRKİYƏ DİNİ TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRƏCƏK

Cəmiyyət Materials 16 Avqust 2005 15:42 (UTC +04:00)

Azərbaycan və Türkiyə dini təhsil sahəsində əməkdaşlığı genişləndirəcək. Trend"in xəbər verdiyi kimi, bu sahədə əməkdaşlığın genişləndirilməsi perspektivləri bu günlərdə Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitsinin sədri Rafiq Əliyevin Türkiyəyə səfəri gedişində müzakirə olunub.

Səfər Türkiyənin dini məsələlər üzrə vəqfinin sədri doktor Əli Bardaqoğlunun dəvəti ilə həyata keçirilib. R.Əliyev səfər çərçivəsində Ə.Bardaqoğlu ilə görüşüb.

R.Əliyev və Ə.Bardaqoğlu 2003-cü ildə iki dövlət strukturu arasında imzalanmış "Dini təhsil sahəsində əməkdaşlığa dair" protokolun mexanizmləri ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycanın dövlət komitəsinin rəhbəri Türkiyə tərəfini Azərbaycanda 1992-ci ildə yaradılmış ilahiyyat fakultəsinin fəaliyyəti barədə məlumat verib, mövcud problemlərdən söz açıb. Protokolun həyata keçirilməsi məsələsinin müzakirə olunması üçün ildə iki dəfə ekspertlərin görüş keçirmələrinə dair qərar qəbul edilib.

Dini qurumlarla iş üzrə dövlət komitəsinin rəhbəri həmçinin İstambulda İslam araşdırmaları mərkəzində olub, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Xəbər lenti

Xəbər lenti