...

TÜRKİYƏNİN KASTAMONU ŞƏHƏRİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT XADİMLƏRİNİN ƏSƏRLƏRİNİN SƏRGİSİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 16 Avqust 2005 17:15 (UTC +04:00)

Türkiyənin Kastamonu şəhərində "Türk dünyası günləri" çərçivəsində Azərbaycanın 5 incəsənət xadiminin işlərinin sərgisi keçiriləcək. Bu barədə Trend Türkiyənin TRT teleşirkətinə istinadən məlumat verir.

Sərgidə Cavid Bayramoğlunun, Nailə Ələkbərlinin, Məmməd Rəşidovun, Sadiq Babayevin və Kastamonuda yaşayan rəssam Ədalət Bayramoğlunun rəsm əsərləri nümayiş etdiriləcək.

Sərgidə həmçinin heykəltaraşlıq əsərləri də nümayiş etdiriləcək.

Qeyd edək ki, bu sərgi Kastamonu şəhər bələdiyyəsi tərəfindən təşkil olunub. Sərgi avqustun 23-dən sentyabrın 30-na kimi fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti