...

2005-2006-CI TƏHSİL İLLƏRİ ÜÇÜN ÖLKƏNNİ ORTA İXTİSAS TƏHSİLİ MƏKTƏBLƏRİNƏ 8788 PLANLI YER AYRILIB

Cəmiyyət Materials 16 Avqust 2005 18:21 (UTC +04:00)

2005-2006-cı tədris ili üçün Azərbaycanın orta təhsil məktəblərinə 8788 planlı yer ayrılıb. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat veriblər.

Onlardan 5080-i pulsuz, 3708i isə pullu fakultələrədir. 8788 yerdən 7500-i Azərbaycan bölməsi, digər yerlər isə rus bölməsinə ayrılıb. TQDK-dən bildiriblər ki, bu tədris ilində orta ixtisas təhsil müəssisələrində qəbul 50 texnikumda aparılır ki, onlardan 3-ü qeyri-dövlət müəssisəsidir. Qəbul əsas təhsil bazası əsasında (9 illik) aparılır.

Sənədlərin qəbulu artıq başa çatıb. Texnikumlara qəbul imtahanları avqustun sonlarında keçiriləcək. TQDK-dan bildiriblər ki, imtahanların dəqiq vaxtı şələ müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti