...

OMBUDSMAN BMT-NİN QAÇQINLAR ÜZRƏ KOMİSSARLIĞININ YENİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Cəmiyyət Materials 16 Avqust 2005 19:17 (UTC +04:00)

Əməkdaşlıq məsələləri Azərbaycanın ombudsmanı Elmira Süleymanova ilə BMT-nin qaqınlarla iş üzrə Ali Komissarlığının Bakı nümayəndəliyinin yeni rəhbəri Vilyam Tolla görüşündə müzakirə olunub.

Ombudsmanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, görüşdə məcburi köçkünlər və qaçıqnların müdafiəsi və fəaliyyət panının yenidən işlənməsi sahəsindəa məsələlər müzakirə olunub. E.Süleymanova Azərbaycandakı məcburi köçkünlərin və qaçqınların ağır vəziyyəti, insan haqqları üzrə müvəkkilin aparatının fəaliyyəti barədə məlumat verib.

V.Tol Azərbaycanın ombudsman institutu ilə əməkdaşlığı yüksək qiymətləndirib və tərəflər üçün qarşılıqlı fəaliyyətin əhəmiyyətini xüsusi qeyd edib. O öz növbəsində ölkə Ali Komissarlığını reallaşdırdığı işlər barədə məlumat verib.

Görüşdə tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması tədbirlərinin reallaşdırılmasına xüsusi yer ayırıblar.

Xəbər lenti

Xəbər lenti