...

HÜQUQ MÜDAFİƏÇİSİ LEYLA YUNUS PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Cəmiyyət Materials 16 Avqust 2005 20:12 (UTC +04:00)

Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Trend in məlumatına görə, L.Yunus ölkə başçısına ünvanladığı müraciətdə göstərib ki, siyasi motivlərlə həbs olunmuş və sonradan azadlığa buraxılmış bir sıra vətəndaşların üzərlərindən bu günə qədər də məhkumluqları göturulməyib.

Bu amil də həmin vətəndaşların parlament seçkilərində namizəd kimi iştirak etmələrinə mane olur. L.Yunus ölkə başçısının nəzərinə çatdırıb ki, bu məsələlərdə də ayrı-seçkiliyə yol verilir.

"15-16 oktyabr hadisələri ilə əlaqədar həbs olunmuş yeddi nəfər müxalif partiya funksionerindən 6 nəfərinin məhkumluğu üzərindən götürülsə də, onlarla birgə və eyni motivlərlə həbs edilmiş İlqar İbrahimoğlunun məhkumluğu hələ də üzərində qalıb.

Bundan başqa, həmin hadisələrə görə həbs edilmiş və sonradan azadlığa buraxılmış onlarla vətəndaşların da məhkumluğu üzərlərindən götürülməyib. Həmin vətəndaşlar bununla bağlı məhkəmələrə müraciət etsələr də onların ərizələri qanunsuz və əsassız şəkildə rədd edilib" - deyə müraciətdə göstərilib.

Leyla Yunus müraciətinin sonunda ölkə başçısını Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş hüquqlarından istifadə edərək adları AŞPA məruzəçilərinin siyahısında göstərilən vətəndaşların məhkumluqlarının üzərlərindən götürülməsi ilə bağlı qərar qəbul etməsinə çağırıb.

Xəbər lenti

Xəbər lenti