...

BAKIDA OT ÜSTÜNDƏ XOKKEY ÜZRƏ ÇEMPİONAT BAŞA ÇATIB

Cəmiyyət Materials 18 Avqust 2005 10:41 (UTC +04:00)

Bakıda kişilər arasında keçirilən ot üstündə xokkey üzrə açıq çempionatın beşinci turunda ölkənin regionlarından olan gənc xokkeyçilərdən ibarət yığmaya 6:1 hesabı ilə qalib gələn, milli Azərbaycan yığmasının baza komandası olan SDÜSŞOR bu turnirin qalibi olub.

Azərbaycan ot üstündə xokkey Federasiyasında Trend ə verilən məlumata görə, komanda 15 mümkün xalın hamısını toplayıb.

Milli İran yığması 12 xalla ikinci yerdə qərarlaşıb. Üçüncü yerə isə elə iranlı qonaqlar, Təbriz komandası layiq görülüb.

Xəbər lenti

Xəbər lenti