...

VYANADA "AZƏRBAYCAN. ODLAR YURDUNUN TURİZMİ" ADLI TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 18 Avqust 2005 11:24 (UTC +04:00)

Avqustun 24-də Vyanada "Kobentsel" sarayında "Azərbaycan. Odlar yurdunun turizmi" adlı təqdimat mərasimi keçiriləcək. "Yeni Bakı və Vyana" Avstriya-Azərbaycan cəmiyyətinin prezidenti, Space teleradioşirkətinin müxbiri Neda Bergerin Trend ə bildirdiyinə görə, tədbirin təşkilatçısı bu il özünün 5 illik yubilyeni qeyd edəcək "Yeni Bakı və Vyana" cəmiyyətidir (Cəmiyyət Heydər Əliyevin 2000-ci ilin iyul ayında Avstriyaya ilk rəsmi səfərinin şərəfinə yaradılıb).

Təqdimat mərasiminin təşəbbüsçüsü Kobentsel sarayının sahibi, kommersiya müşaviri, Avstriya İqtisadiyyat Palatası idarə heyətinin üzvü, Vyana kafe və restoranlar Assosiasiyasının prezidenti və nəhayət, bu yaxınlarda Bakıda olmuş Olaf Auerdir.

Təqdimat mərasimini həmçinin gənclər, turizm və idman naziri Əbülfəz Qarayev, Space teleradioşirkətinin prezidenti Etibar Babayev, Azərbaycanan Avstriyadakı səfiri Fuad İsmayılov, "İmproteks" qrupu dəstəkləyib.

Qonaqları təqdimat mərasiminin təşkilatçıları salamlayacaqlar və onlar ənənəvi olaraq milli Azərbaycan paltarları geyinmiş gözəl Avstriya qızlarının gətirdikləri çaya qonaq olacaqlar.

Mərasimdə Avstriya XİN, Mədəniyyət və Təhsil Nazirliyi, Avstriya baş nazirinin mədəniyyət departamenti, Vyana Mədəniyyət Departamenti və İqtisadiyyat Palatasının nümayəndələri, bir çox ölkələrin Avstriyada akkreditə olunmuş səfir və diplomatik nümayəndələri, turizm firmaları və şirkətləri, mətbuat və televiziya nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti