...

OMBUDSMAN XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLARIN YAŞAYIŞ ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI TƏŞƏBBÜSÜ İLƏ ÇIXIŞ EDİB

Cəmiyyət Materials 19 Avqust 2005 13:21 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova xüsusi diqqət və valideyn qayğısından məhrum olmuş uşaqların yaşayış şəraitinin yaxşılaşdırılmasına dair bir sıra təkliflərlə çıxış edib.

Bu barədə Trend ə ombudsman aparatında xəbər verilib.

Ombudsman Azərbaycan Əmək və Əhalinin Sosial Təminat Nazirliyi, ombudsman aparatı, YUNİSEF və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə fəaliyyət göstərən digər beynəlxalq təşkilatların vahid fəaliyyət planının yaradılmasını təklif edir.

Ombudsman bu məqsədlə işçi qrupunun yaradılmasını zəruri hesab edir.

Qrupa bu sahədə mövcud strukturların fəaliyyətini əlaqələndirmək, ölkə qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayaraq onları müvafiq dövlət orqanlarına təqdim etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti