...

SENTYABRIN 16-DƏK VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA YAZI MÜSABİQƏSİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 19 Avqust 2005 14:47 (UTC +04:00)

Azərbaycan Naminə Hərəkat vətənpərvərliyin, dövlətçilik və millətçilik ideyalarının təbliğinə həsr olunmuş yazı müsabiqəsi keçirir.

Bu qurumdan Trend ə bildirilib ki, müsabiqəyə avqustun 16-dan sentyabrın 16-dək mətbu orqanlarda dərc edilən yazılar qəbul olunur.

Yazılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qaliblərinə pul mükafatı və diplom təqdim olunacaq. Birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə isə üç nəfər qalib seçiləcək. İlk yerin qalibi iki milyon manat, ikinci yerin qalibləri bir milyon yarım, üçüncü yerin qalibləri isə bir milyon manat məbləğində pul mükafatı qazanacaqlar.

Münsiflər heyəti tərəfindən qaliblərin müəyyən olunması sentyabrın 16-dan 20-dək davam edəcək. Bundan bir neçə gün sonra qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Qeyd edək ki, bu müsabiqənin keçirilməsində məqsəd mətbuatda vətənpərvər mövzuda yazıların yazılmasına və onların sayının artmasına, millətçilik, dövlətçilik ideyalarının geniş təbliğinə köməklik göstərməkdir.

Xəbər lenti

Xəbər lenti