...

RUSİYANIN QADINLARDAN İBARƏT OT ÜSTÜNDƏ XOKKEY ÜZRƏ YIĞMASI HAZIRLIQ MƏŞQLƏRİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN BAKIYA GƏLƏCƏK

Cəmiyyət Materials 20 Avqust 2005 10:52 (UTC +04:00)

Rusiyanın qadınlardan ibarət ot üstündə xokkey üzrə yığması avqustun sonunda qısamüddətli təlim məşqlərində iştirak etmək üçün Bakıya gələcək.

Trend in məlumatına görə, komanda avqustun 5-də Bakıda start veriləcək millətlər arası Kubokda çıxış edəcək, buna görə də qonaqlar iqlimə uyğunlaşmaq üçün Azərbaycana bir həftə tez gəlirlər. Kollektiv Avropada ən yaxşı kompleks hesab edilən xokkey kompleksində məşqlər keçirəcək.

Rusiyalı və azərbaycanlı xokkeyçilərin artıq dəfələrlə qarşılaşmalarına baxmayaraq, yığmamızın baş məşqçisi Adil Paşayevin qarşıdakı oyunlara sürprizləri var. O, bu sürprizləri rəqiblə pley-off turniri mərhələsind tətbiq etmək niyyətindədir.

Qeyd etmək lazımdır, Rusiya yığması yazda Bakıda oyunlar keçirib, buna görə də bu, komandanın Bakıya sayca ikinci gəlişidir.

Xəbər lenti

Xəbər lenti