...

HACI MƏMMƏDOVUN QIZINDAN ÜZRXAHLIQ EDİLİB VƏ ONA ŞƏXSİYYƏT VƏSİQƏSİ VERİLİB

Cəmiyyət Materials 20 Avqust 2005 13:13 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, hazırda ağır ittihamlarla həbsdə saxlanılan polkovnik-leytenant Hacı Məmmədovun qızı Aysel Məmmədovanın şəxsiyyət vəsiqəsi problemi həll edilib.

Xəbər verildiyi kimi, A.Məmmədova sənəd almaq üçün Xətai RPİ-nin Pasport Qeydiyyatı və Şəxsiyət Vəsiqələrinin Verilməsi Şöbəsinə müraciət etsə H.Məmmədovun qızı olduğunu bilən şöbə əməkdaşları heç bir əsas göstərmədən sənədlərini geri qaytarıblar.

Trend bu barədə məlumat yayandan sonra Aysel Məmmədova dərhal həmin şöbəyə çağırılıb və vətəndaşdan üzrxahlıq edilərək o, 5 gün ərzində şəxsiyyət vəsqisi ilə təmin edilib.

Xəbər lenti

Xəbər lenti