...

RI INIESTMENT "ÇOVDAR" QIZIL YATAĞININ İŞLƏNMƏSİ ÜZRƏ HÖKUMƏTƏ TƏKLİF HAZIRLAYIR

Cəmiyyət Materials 23 Avqust 2005 13:51 (UTC +04:00)

RI Investment Services Grour LLC Azərbaycan hökumətinə Daşkəsəndə yeni "Çovdar" qızıl yatağının işlənməsi barədə təklif verməyə hazırlaşır. Şirkətdən Trend ə verilən məlumata görə, RI Investment bu qızıl yatağının işlənməsində maraqlıdır. Şirkətin ekspertləri yataqda olublar və onu perspektivli hesab ediblər. Yaxın vaxtlarda şirkət ölkə hökumətinə konkret təkliflərlə müraciət etmək niyyətindədir.

Ötən il Daşkəsəndəki qızıl mədənində qiymətləndirmə işləri aparılıb və yatağın ehtiyatları balansa daxil edilib. Qiymətləndirmənin nəticələrinə görə, "Çovdar" yatağının ehtiyatları Azərbaycanda aşkar edilmiş bütün qızıl yataqlarının ehtiyatlarına bərabərdir.

Hazırda Azərbaycan hökuməti RI Investment şirkəti ilə yalnız bir qızıl yatağının işlənməsi üzrə müqavilə bağlayıb. 1997-ci il avqustun 21-də bağlanmış müqaviləyə görə, "Azərqızıl" (ləğv edilib və onun funusiyaları İqtisadi İnkişaf Nazirliyinə verilib)dövlət konserni ilə R.I. Investment Group Services LLS arasında (51%-i Azərbaycan, 49% -i isə Amerika tərəfi) ilkin hesablamalara görə 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis ehtiyatı olan Azərbaycanın 9 qızıl yatağında işləmək nəzərdə tutulub. Lakin Zəngilan və Kəlbəcər rayonlarındakı 3 yataq ("Qızılbulaq","Söyüdlü", "Vejneli") Ermənistanın işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti