...

ƏBU-DABİDƏ KEÇİRİLƏN ŞAHMAT TURNİRİ BAŞA ÇATIB

Cəmiyyət Materials 24 Avqust 2005 16:16 (UTC +04:00)

Əbu Dabidə şahmat üzrə ənənəvi 15-ci turnir başa çatıb. Turnirin qalibi 7:0 xalla A.Anastasyan olub. Trend in məlumatına görə, D.Boçarov (Rusiya) və S.Kayumov (Özbəkistan) 6:5 xalla ikinci və üçüncü yerləri bölüşdürüblər. Ş.Məmmədyarov və R.İbrahimov 6:0 xalla 4-13-cü yerləri bölüşdürən şahmatçılar qrupuna daxil olublar.

Əlavə göstəricilər üzrə Şəhriyar 7-ci, Rəsul isə 11-ci yerdə qərarlaşaraq, 800 və 400 ABŞ dolları məbləğində pul mükafatı qazanıblar. Q.Hüseynov 5:5 xalla 17-ci, Z.Məmmədyarova 5:0 xalla 26-cı olublar. E.Səfərli 4:5 xal toplayaraq 32-ci, Türkan Məmmədova isə 49-cu yerdə qəraralaşıblar.

Afaq Xudaverdiyevanın Open turnirində çıxışı uğurlu olub, o, 9:0 mümkün xaldan 7:0 xal toplayıb. Ü.Bacarani isə 6:5 xalla 18-ci yeri tutub.

Xəbər lenti

Xəbər lenti