...

AZƏRBAYCANIN FUTBOL ÜZRƏ GƏNCLƏRDƏN İBARƏT YIĞMASI PALANQADA KEÇİRİLƏN TURNİRİNİ FİNALINA ÇIXMAQ ŞANSINA MALİKDİR

Cəmiyyət Materials 25 Avqust 2005 12:45 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət futbol üzrə yığması (U-17) Palanqada keçirilən beynəlxalq turnirə çıxmaq şansına malikdir.

Trend in məlumatına görə, Şakir Haqverdiyevin yetirmələri matçın qrup mərhələsində beloruslara- 1:0 hesabı ilə qalib gəliblər. Qaliblərin hesabındakı yeganə qolu Fərid Haqverdiyev vuraraq öz komanda yoldaşlarına qrup yarışlarında qalib gəlmək ümidi verib.

Komandanın birinci matçda təkcə Litvaya 2:3 hesabı ilə uduzmasına baxmayaraq, yarımqrupda vəziyyət həddindən artıq qarmaqarışıq idi, çünki bütün yığma ikinci turdan sonra cəmisi 3 xal toplaya bilmişdi. İndi azərbaycanlı futbolçular üçün həlledici matç ukraynalılarla olacaq ki, qalib final yarışlarına çıxmaq hüququ qazanacaq.

Digər qrupda birinci yer uğrunda Rusiya, Polşa, Gürcüstan və Latviya mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti