...

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ: ERMƏNİSTANIN DAĞLIQ QARABAĞDA İKİ KİLSƏ TİKMƏK NİYYƏTİ AZƏRBAYCAN ƏRAZİLƏRİNİN ERMƏNİLƏŞDİRİLİMƏSİ SİYASƏTİNİN DAVAMIDIR

Cəmiyyət Materials 25 Avqust 2005 13:58 (UTC +04:00)

"Erməni Apostol kilsəsinin Dağlıq Qarabağda iki kilsə tikmək niyyəti Azərbaycanın işğal olunmuş ərazilərinin erməniləşdirilməsi siyasətinin davamından başqa bir şey deyil". Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Akif Ağayev idarənin Erməni Apostol Kilsəsinin Arsax yeparxiyasının başçısı, arxiyepiskop Pargev Martirosyanın Stepanakertdə iki yeni kilsə tikmək planları haqqında bəyanatına münasibətini şərh edərkən bildirib.

"Bütün dünya bilir ki, onlar Azərbaycan ərazisidir və ermənilərin bu cəhdləri heç nə ilə nəticələnməyəcək. Onlar əvvəllər də Azərbaycan xalqının bu ərazilərdə qədimdən məskunlaşdığının subutu olan tarixi abidələri, qəbirləri dağıdırdılar", - deyə QMİ-nin nümayəndəsi qeyd edib.

"Yəni Dağlıq Qarabağda bu qədər dindar, allaha inanan adam var ki, mövcud kilsələr onlara bəs eləmir?", - deyə A.Ağayev soruşur.

Xəbər lenti

Xəbər lenti