...

DİNDƏN SİYASİ MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ OLUNMASININ ƏLEYHİNƏ SEMİNAR KEÇİRİLİB

Cəmiyyət Materials 25 Avqust 2005 18:47 (UTC +04:00)

"İrşad" İslam Apardırmalar Mərkəzinin konfrans zalında "Dinin siyasiləşməsi: şüurun təkamülü və ya mənəvi dəyərlərin böhranı" mövzusunda seminar keçirilib. Trend in məlumatına görə, toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri, BDU-nun ilahiyyət fakültəsinin məzunları, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Seminar iştirakçıları dindən öz qərəzli məqsədləri və ya ölkədəki daxili siyasi vəziyyətin gərginləşməsi məqsədilə istifadə etməyə çalışan qüvvələrin mövcud olduğunu bildiriblər.

Çıxışçılar müvafiq dövlət strukturlarını, Qafqaz Müsəlmanları İdarəsini və dini qurumlara müraciət edərək belə məsələlərə diqqətlə yanaşmağa çağırıblar.

Seminar iştirakçıları hesab edirlər ki, islam dinindən siyasi məqsədlərlə yararlanmağa çalışan həm din xadimlərinin, həm də beynəlxalq təşkilatların, siyasi liderlərin, KİV nümayəndələrinin bütün cəhdlərinə müvafiq reaksiya verilməlidir.

Bütün dünya müsəlmanları tərəfindən müqəddəs sayılan Quranın və hədislərin düzgün olmayan təsnifi və həmçinin islam dini haqqında təhrif edilmiş təsəvvür formalaşdırmaqdan qaçmaq məqsədilə KİV-lərdə sağlam dini maarifləndirməyə yüksək diqqət göstərmək vacibdir.

Dinin siyasiləşməsinə, radikal dini baxışların təbliğinə yönəlmiş dini ədəbiyyatın ölkəyə gətirilməsinin tamamilə qarşısının alınması üçün zəruri tədbirlər görülməli, həmçinin əhalinin islam dini haqqında düzgün biliklər əldə etməsi üçün faydalı ədəbiyyatlar barəsində məlumatlandırılmalıdırlar. Seminarın sonunda tədbir iştirakçıları bu təkliflərin əks olunduğu müraciət qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti