...

İCTİMAİ TELEVİZİYANIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 29 Avqust 2005 12:10 (UTC +04:00)

Avqustun 29-da saat 17.30-da İctimai Televiziyanın efirə çıxması münasibəti ilə təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə Trend ə İctimai Televiziyadan (İTV) məlumat verilib. Tədbir İTV-nin binasının yerləşdiyi (keçmiş Azon zavodunun binası) həyətdə keçiriləcək. Tədbirdə prezident İlham Əliyevin iştirak edəcəyi gözlənilir.

Rəsmi hissədən sonra konsert proqramı təqdim olunacaq, sənətçilərin ifasında səsləndirilən musiqi nömrələri ilə tədbir davam etdiriləcək.

Qeyd edək ki, artıq avqustun 27-dən etibarən İTV-də Azərbaycan filmləri, musiqi nömrələri efirə çıxıb.

Xəbər lenti

Xəbər lenti