...

SİYASİ MƏHBUSLAR ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI SENTYABRIN 16-NA TƏYİN OLUNUB

Cəmiyyət Materials 29 Avqust 2005 13:29 (UTC +04:00)

Dövlət orqanları nümayəndələri ilə hüquq müdafiəçiləri arasında siyasi məhbus probleminin həllinə dair yaradılmış işçi qrupunun iclası sentyabrın 16-da keçiriləcək.

Bu barədə Trend ə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Murad Sadəddinov məlumat verib. O bildirib ki, hazırda Milli Məclisin tətil dövrü olduğundan iclas mütəmadi keçirilmir və vaxtı gecikir. Ona görə də sentyabrın 16-a təyin olunan iclasın da vaxtı dəyişdirilə bilər.

İclasın gündəliyinə gəldikdə, M.Sadəddinov deyib ki, işçi qrupunda Milli Məclisi, Prezident Aparatını təmsil edən nümayəndələr hüquq müdafiəçilərinə hesabat verməlidirlər. Buna görə də iclasa qədər bir sıra siyasi məhbusların məsələsi həllini tapmalıdır. Həmçinin hüquq müdafiəçilərinin təqdim etdiyi amnistiya layihəsi ilə bağlı qarşı tərəf öz mövqeyini bildirməlidir.

Xəbər lenti

Xəbər lenti