...

DNEPROPETROVSKDA "ARŞIN MAL ALAN" OPERASININ PREMYERASI OLUB

Cəmiyyət Materials 30 Avqust 2005 16:39 (UTC +04:00)

Avqustun 27-də Ukraynanın Dnevropetrovsk şəhərinin T. Şevçenko adına Musiqili Akademik Dram Teatrında dahi Azərbaycan musiqiçisi Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" opreasının premyerası keçirilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Premyera Ukrayna Respublikasının müstəqillik bayaramına və Ü.Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilib.

Dövlət Komitəsindən bildirilib ki, premyeranın yüksək səviyyədə təşkil edilməsində Dnepropetrovsk Azərbaycanlıları Liqasının, eləcə də Ukrayna Azərbaycanlıları Konqresinin mühüm rolu olub. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Dövlət Komitəsinin bölmə müdiri Dəyanət Abdullayev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Mübariz Muxtarov operanın premyerasında iştirak ediblər. Onlar belə bir tədbiri təşkil etdiklərinə görə dram teatrının kollektivinə, şəhər rəhbərliyinə və Azərbaycan diasporunun nümayəndələrinə təşükkürlərini çatdırıblar. Qeyd edilib ki, bu cür tədbirlər Azərbaycan və Ukrayna xalqları arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, qardaşlıq və dostluq münasibətlərinin inkişafına xidmət edir. Eyni səpgili mədəni tədbirlərin Azərbaycanda da keçirilməsi məqsədəuyğundur.

Tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin təbrik məktubu oxunub. Məktubda N.İbrahimov Ukrayna Respublikasının Müstəqillik Günü şərəfinə Azərbaycanın ölməz korifeyi Ü.Hacıbəyovun "Arşın malalan" musiqili komediyasının Ukrayna dilində səhnələşdirilmiş tamaşasının ilk premyerası münasibətilə teatrın bütün kollektivini təbrik edib, Azərbaycan mədəniyyətinə, onun tarixi irsinə göstəridiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Azərbaycan və Ukrayna xalqları arasında mədəni, sosial və iqtisadi əlqələrin inkişafının ən yüksək pilləsinə çatdığını deyən Komitə sədri əlavə edib ki, bu tədbir Azərbaycan xalqının ümummilli lideri H.Əliyev tərəfindən təməli qoyulmuş dostluq və qardaşlıq münasibətlərnin yüksələn xətt üzrə inkişafının təzahürü kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti