...

İSTANBULDA AVRASİYA İSLAM ŞURASININ 6-CI İCLASI KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 2 Sentyabr 2005 14:20 (UTC +04:00)

Sentyabrın 5-dən 9-na kimi İstanbulda Avrasiya İslam Şurasının (AİŞ) 6-cı iclası keçiriləcək. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Forumda QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq edəcəyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə QMİ-nin Elmi-dini Şurasının sədri, professor Vasim Məmmədəliyev və QMİ-nin sədrinin birinci müavini, müfti Salman Musayev daxil olacaq.

Forumda iki qitənin müsəlmanlarının dini liderləri toplaşacaq və aktual məsələləri, eləcə də Avrasiya İslam Təşkilatının fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti