...

HÜQUQ MÜDAFİƏÇİLƏRİ TERRİ DEVİSLƏ GÖRÜŞƏCƏK

Cəmiyyət Materials 3 Sentyabr 2005 15:27 (UTC +04:00)

Sentyabrın 4-də Bakıya səfəri gözlənilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Terri Devis və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın hüquq müdafiəsi ilə məşğul olan QHT rəblərləri ilə görüşəcək. Bu barədə Trend ə hüquq müdafiəçisi Rəna Sadəddinova məlumat verib.

Hüquq müdafiəçiləri AŞPA-nın nümayəndə heyəti ilə görüş zamanı qonaqları Azərbaycanda seçkiabağı mühitlə bağlı məlumatlandıracaqlar. Görüşdə siyasi məhbus məsələsi də müzakirə mövzusu olacaq.

Hüquq müdafiəçisi bunnula bağlı ümumi məlumat versə də QHT rəhbərlərinin AŞPA nümayəndə heyəti ilə görüşə konkret hansı təkliflərlə gedəcəklərinin hələlik KİV-də yayılmasını məqbul hesab etməyib.

R.Sadəddinova görüşün konkret hansı tarixdə baş tutacağının da hələlik qeyri-müəyyən olduğunu söyləyib. "Ola bilsin ki, görüş ya sentyabrın 4-ü axşam, ya da sentyabrın 5-i səhər baş tutsun" - deyə hüquq müdafiəçisi bildirib. Onun sözlərinə görə, müzakirə olunacaq təkliflərlə və təəssüratlarla bağlı görüşdən dərhal sonra informasiya vasitələrinə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti