...

GƏNCLƏR ÜÇÜN İNSAN HÜQUQLARI ÜZRƏ YAY MƏKTƏBİ AÇILIB

Cəmiyyət Materials 5 Sentyabr 2005 12:13 (UTC +04:00)

Sentyabrın 5-də Qəbələ rayonunun Duyma İstirahət və Sağlamlıq Mərkəzində Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (GHB) İsveçin Lund universiteti ilə birgə gənclər üçün Yay Məktəbinin açılış mərasimini keçirib. Bu barədə Trend agentliyinə GHB-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Gənclər, İdman və Turizm Nazirliynin nümayəndəsi Fuad Əliyev, GHB-nin sədri Nadir Adilov, Lund universitetinin nümayəndəsi Henrik Anderson, Lund universitetinin professoru Karol Novak, BMT QAK-ın Cenevrədəki baş ofisinin hüquq departamentinin rəhbəri Oldrix Andresk insan hüquqlarına dair müxtəlif məruzələrlə çıxış ediblər.

25 gəncin iştirak etdiyi Yay məktəbinin keçirilməsində əsas məqsəd gənclərin insan hüquqları üzrə elmi biliklərinin artırılmasıdır. Yay məktəbinin iştirakçılarına 30 adda insan hüquqları sahəsini özündə əks etdirən hüquq ədəbiyyatı pulsuz verilib.

Sentyabrın 16-dək davam edəcək Yay məktəbində yerli ekspertlərdən hüquq müdafiəçisi Sahib Məmmədov, hüquq elmləri namizədləri Turqay Hüseynov, Firdovsi Qasımov, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin hüquqşünası Mahir Səfərli məruzələrlə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti