...

AZƏRBAYCAN OMBUDSMANI AVROPA ŞURASININ İNSAN HAQLARI ÜZRƏ KOMİSSARI VƏZİFƏSİNƏ MÜSAHİBƏDƏN KEÇİR

Cəmiyyət Materials 5 Sentyabr 2005 12:47 (UTC +04:00)

Sentyabrın 5-də namizədliyi Avropa Şurasının (AŞ) komissarı vəzifəsinə irəli sürülmüş Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Strasburqda qeyri-formal müsahibədən keçir. Azərbaycanın Ombudsman Aparatından Trend ə verilən məlumata görə, komissarı 8 namizəd içərisindən Avropa Şurasının ParlamentAssambleyası (AŞPA) seçəcək.

Komissar vəzifəsinə 8 ölkədən, İsveç, Finlandiya, Belçika, Almanyia, Macarıstan, Polşa, Latviyv və Azərbaycandan namizədlər irəli sürülüb.

Namizədləri AŞ nrazirləri Komitəsi irəli sürür. Komissar 6 il müddətinə seçilir. Namizədlərlə qeyri-formal müsahibədən sonra sentyabrın 7-də AŞ nazirlər Komitəsitnin iclası keçiriləcək ki, burada AŞPA-ya təqdim olunacaq 3 namizəd seçiləcək. Sentyabrın 15-də isə onlar AŞPA-nın insan haqları və hüquqi məsələlər üzrə İnsan haqları Komitəsinin alt komitəsində müsahibədən keçəcəklər. Yekun qərar AŞPA tərəfindən oktyabrda, payız sessiyası zamanı baş verəcəyi gözlənilir.

Xatırladaq ki, bu, AŞ -nın insan haqları üzrə komissarının ilk seçkisi deyil. İlk komissar 1999-cu ildə bu vəzifəyə seçilmiş Alvaro Hil Robles olub.

Xəbər lenti

Xəbər lenti