...

RƏŞAD SADIQOV AVSTRİYAYA QARŞI MATÇDA OYNAMAYACAQ

Cəmiyyət Materials 5 Sentyabr 2005 17:41 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığmasının müdafiəçisi Rəşad Sadıqov sentyabrın 7-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək 2006-cı il dünya çempionatında Avstriyaya qarşı seçmə matçında iştirak etməyəcək.

Trend in məlumatına görə, futbolçu Belfastda qonaqlara 0:2 hesabı ilə uduzulan Şimali İrlandiya ilə görüşün son dəqiqələrində sarı kart alıb. Və ona görə də o, qarşıdakı oyunuk tribunadan izləməli olacaq. Rəşadın meydanda olmaması yığma üçün itki və Vaqif Sadıqovun komandasının yetirmələri üçün də başağrısı olacaq.

Xəbər lenti

Xəbər lenti