...

GİMNASTLARIMIZ BAKIDA DÜNYA ÇEMİONATINA HAZIRLAŞIR

Cəmiyyət Materials 6 Sentyabr 2005 11:29 (UTC +04:00)

Oktyabrın 3-9-da Bakıda keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində gimnastlarımız Vəfa Hüseynova, Anna Qurbanova və qrup komandası Bolqarıstan və Hollandiyada beynəlxalq turnirlərdə iştirak edib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat-xidmətindən Trend ə verilən məlumata görə, finalda gürzlərlə çıxış etmiş Hüseynova 14.07 bal toplayaraq 5-ci yerə layiq görülüb. Müxtəlif idman növləri üzrə yarışda o, 6-cı (52,665), iplə (13.55) və lentlə oyunda 7-ci (12.883), topla oyunda isə 8-ci (12.7) yeri tutub.

Yarışların qalibləri bolqarıstanlı Stela Sultanova və Mayya Paunovska, rusiyalı Marina Şpext olublar.

A.Qurbanova gürzlərlə çıxışda 6-cı (15.325), topla oyunda isə 7-ci (14.9) yeri tutub. Müxtəlif idman növləri üzrə yarışda isə o, 59.342 xalla 11-ci yerə layiq görülüb. Yarışın qalibləri Olqa Kapranova, Vera Sesina (Rusiya) və ukraynalı Anna Bessonovadır.

Gimnastlarımız sentyabrın 14-də Rusiyanın şimal paytaxtında keçiriləcək "Sankt-Peterburqun inciləri" beynəlxalq turniridə, A.Qurbanova və D.Gimatova isə sentyabrın 16-18-də Berlində keçiriləcək Qran-Pri turnirində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti