...

XOKEYÇİLƏRİMİZ UELS YIĞMASINA QALİB GƏLİB

Cəmiyyət Materials 6 Sentyabr 2005 11:39 (UTC +04:00)

Ot üsttündə xokkey üzrə qadınlardan ibarət komandalar arasında Avropa Çempionatı yarışlarının birinci günündə "B" qrupunda Azərbaycan yığması Uels komandasını 3:1 hesabı ilə məblub edib. Trend in məlumatına görə, həmin qrupda İtaliya yığması beloruslara 2:1 hesabı ilə qalib gəlib.

"A" qrupunda rusiyalılar 5:0 hesabı ilə Polşa yığması üzərində qələbə qazanıblar. Litva Belçika ilə 2:2 hesabı ilə heç-heçə oynayıb.

Bu gün "A" qırupunda oynayan komandalar qarşılaşacaq. 16:00-da Rusiya-Belçika, 18:00-da isə Litva-Polşa komandaları görüşəcək.

Xəbər lenti

Xəbər lenti