...

GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİNDƏ KİMSƏSİZ UŞAQLARIN MƏLUMAT BAZASI YARADILACAQ

Cəmiyyət Materials 6 Sentyabr 2005 15:16 (UTC +04:00)

Gənclər, idman və turizm nazirliyi yanında kimsəsiz, eləcə də xüsusi diqqət və qayğıya ehtiyacı olan uşaqların məlumat bazası yaradılacaq.Bu barədə Trend agentliyinə AR gənclə, idman və turizm naziri Əbülfəz Qarayev bildirib.

Onun sözlərinə görə, bu, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə mümkün olacaq.Bu barədə razılaşma təşkilatın Azərbaycandakı nümayəndəsi Hana Sinqer ilə nazir arasında artıq əldə olunub.

YUNİSEF həmçinin nazirliyə bu məlumatların toplanacağı mərkəzin yaradılmasında texniki və maliyyə yardımı da göstərəcək.

Nazir qeyd edib ki, kimsəsiz uşaqların problemi və dövlətin onların problemlərinə diqqətinin artırılması bu günlərdə prezidentin təsdiq etdiyi gənclər üzrə dövlət proqramında öz parlaq əksini tapıb. Gənclər, idman və turizm nazirliyi 2009-cu ildə həyata keçirilməli olan proqramıfn gerçəkləşdirilməsi üzrə hərəkət planı hazırlayıb.

Xəbər lenti

Xəbər lenti