...

CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ NÜMAYƏNDƏLƏRİNİN QİÇS İNFEKSİYASININ MÜALİCƏSİ MƏSƏLƏLƏRİ ÜZRƏ SUBREGİONAL GÖRÜŞÜ TBİLİSİDƏ BAŞLAYIB

Cəmiyyət Materials 6 Sentyabr 2005 15:30 (UTC +04:00)

(Praym-Nyus) - Cənubi Qafqaz ölkələri nümayəndələrinin QİÇS infeksiyasının müalicəsi məsələləri üzrə subregional görüşü çərşənbə axşamı Tbilisidə, "Simpatiya" otelində başlayıb və çərşənbə günü başa çatacaq.

Əmək, səhiyyə və sosial müdafiə nazirliyində bildirilib ki, görüşün məqsədi QİÇS ilə mübarizə sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin müzakirəsi, həmin sahədə problemlərin həlli üzrə birgə planın işlənib-hazırlanması, subregional əməkdaşlığa yardımdır.

Görüşə Ümumdünya səhiyyə təşkilatının Avropa regional bürosunun müşaviri Serjan Matiç rəhbərlik edir.

Görüşün təşkilatçıları Ümumdünya səhiyyə təşkilatının Avropa regional bürosu və bu təşkilatın Tbilisidəki nümayəndəliyidir.

Xəbər lenti

Xəbər lenti