...

BAKIDA VƏ ABŞERONDA 100 YENİ MƏKTƏB TİKİLMƏLİDİR

Cəmiyyət Materials 8 Sentyabr 2005 10:58 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi Bakıda və Abşeron rayonunda yeni məktəblərin inşası üzrə dövlət proqramı layihəsini hazırlayaraq hökumətin müzakirəsinə verib. Trend in məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, Nazirlik tərəfindən vəziyyətin öyrənilməsi nəticəsində məlum olub ki, Bakı və Abşeronda şagirdlərin sıxlığı problemini həll etmək üçün 100 yeni məktəbin tikilməsi zəruridir. Hazırlanmış 3 illik proqrama əsasən, paytaxtda 10, Abşeron rayonunda isə 8 məktəbin tikilməsi nəzərdə tutulur. Nazirliyin üzləşdiyi əsas problem isə Bakının mərkəzində boş sahələrin olmamasıdır.

Bu problemin qismən həlli məqsədilə məktəblər üçün yardımçı korpusların inşası planlaşdırılır. Belə ki, 66 məktəbin nəzdində 45 min şagird üçün nəzərdə tutulmuş yeni korpuslar tikiləcək.

Xəbər lenti

Xəbər lenti