...

ALMANİYADA AZƏRBAYCANLI RƏSSAMIN SƏRGİSİ AÇILACAQ

Cəmiyyət Materials 8 Sentyabr 2005 12:24 (UTC +04:00)

Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "Maynz" Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə sentyabrın 14-də Maynz şəhərində azərbaycanlı rəssam Əşrəf Heybətovun rəsm sərgisi açılacaq. Trend in məlumatına görə, bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə Maynz Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür açıqlama verib. Sərgi "Avrasiyanın rəngləri" adı altında nümayiş etdiriləcək. Tədbirin Maynz şəhərinin bələdiyyə salonunda keçirilməsi nəzərdə tutulub. Sərgidə Türkiyənin bu şəhərdəki baş konsulu xanım Berin Tulun və mədəniyyət məsələləri üzrə senator Piter Kravietz də iştirak edəcək. Sərgi oktyabr ayının 8-nə qədər davam edəcək.

Sərginin açılışı münasibətilə Maynz şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırılacaq və Azərbaycana həsr olunmuş stend nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti