...

135 NƏFƏR AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN ÇIXMAQ ÜÇÜN AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

Cəmiyyət Materials 8 Sentyabr 2005 14:18 (UTC +04:00)

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün 135 nəfər Azərbaycan vətəndaşı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Bu barədə Trend ə "Bank İnformasiya" beynəlxalq terrorizmə qarşı strateji araşdırmalar mərkəzinin direktoru Rövşən Novruzoğlu məlumat verib.

Vətəndaşlıqdan imtina ilə bağlı müraciətlərin əsas səbəbləri Azərbaycanda ədalətli məhkəmənin olmaması və bir sıra digər vətəndaş hüquqlarının pozulmasıdır.

Avropa Şurasının Bakıdakı İnformasiya Bürosunun rəhbəri İlqar İbrahimli isə bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə vətəndaşlıqdan imtina ilə bağlı şikayətlər haqqında konkret məlumat verməyib. "Şikayətlərin konkret səbəblərini açıqlamaq Avropa İnsan Hüquqları Məhkəməsinin işinə müdaxilə hesab olunur", - deyə İ.İbrahimli qeyd edib.

Xəbər lenti

Xəbər lenti