...

MAHAÇQALADA MƏHƏMMƏD UMUXANOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİRDƏ ƏN YAXŞI BOKSÇULAR İŞTİRAK EDİRLƏR

Cəmiyyət Materials 8 Sentyabr 2005 17:09 (UTC +04:00)

Azərbaycanın boks üzrə yığma komandası sentyabrın 8-də Mahaçqalada keçirilən Sovet İttifaqı Qəhrəmanı Məhəmməd Umuxanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.

Kollektivin məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə. Qarşıdakı start dünya çempionatı ərəfəsində keçirilən sonuncu yoxlama görüşü olduğundan yarışda komanda geniş tərkibdə təmsil olunacaq.

Buna görə də Dağıstan rinqinə Məhəmməd Əhmədov (48 kq), Ceyhun Əbiyev və Elşad Quliyev (hər ikisi 51 kq), Fuad Aslanov və Rəhim Nəcəfov (hər ikisi 54 kq), Namiq Hüseynov (57 kq), Şahin İmranov və Romal Amanov (hər ikisi 60 kq), Emil Məhərrəmov (64 kq), Ruslan Xayırov və Rahib Bəylərov (69 kq), Cavid Tağıyev (75 kq), Anar Mirzəyev (81 kq), Azər Məmmədov və Vüqar Ələkbərov (91 kq), həmçinin Fikrət Rəhimov (+91 kq) çıxış edəcəklər.

Gözlənildiiynə görə, ənənəvi startda Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna və bir çox digər ölkələrin dəri əlcək ustaları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti