...

AZƏRBAYCAN GİMNASTLARI "BOSFOR KUBOKU" YARIŞINA YOLA DÜŞÜBLƏR

Cəmiyyət Materials 9 Sentyabr 2005 12:57 (UTC +04:00)

Azərbaycanın idman gimnastikası üzrə komandası sentyabrın 10-da start götürəcək XIX beynəlxalq "Bosfor Kuboku" turnirində iştirak etmək üçün İstanbula yola büşüb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, kollektivin tərkibində Şakir Şixəliyev və Fərid Ağazadədən ibarət iki azərbaycanlı idmançı var. Yarışın ərəfəsində məşqçilər hər günRespublika Olimpiya idmanı litseyi və Bakı Gimnastika məktəbinin gimnastları ilə iki dəfə təlimlər keçiblər.

Qeyd etmək lazımdır ki, "Bosfor Kuboku" dünyanın hər yerindən iştirakçıların toplaşdığı ən nüfuzlu yarış hesab edilir. Bu dəfə Türkiyəyə dünyanın 54 ölkəsindən yarışın mükafatlarını qazanmaq uğrunda mübarizə aparacaq gimnastlar gələcəklər.

Xəbər lenti

Xəbər lenti