...

VATİKAN NÜMAYƏNDƏSİNİN AZƏRBAYCANA SƏFƏR PROQRAMI DƏQİQLƏŞDİRİLİB

Cəmiyyət Materials 9 Sentyabr 2005 14:17 (UTC +04:00)

Sentyabrın 10-12-də Vatikanın nümayəndəsi kardinal Krasçentsio Sepenin Azərbaycana səfər proqramı dəqiqləşdirilib. Bakıdakı katolik kilsəsinin başçısı Yan Çaplanın "Trendə" verdiyi məlumata görə, kardinal Azərbaycana sentyabrın 10-da axşam gələcək.

Səfər proqramına sentyabrın 11-də səhər Şəhidlər Xiyabanını və Azərbaycanın eks-prezidenti H.Əliyevin məzarını ziyarət etməklə başlanılacaq.Gündüz saatlarında isə o, katolik kilsəsinin ilk təməl daşının qoyulması mərasimində iştirak edəcək. 200 dindar üçün nəzərdə tutulmuş kilsə satılan kitablarından əldə edilən vəsaitin və xaricdən daxil olan ianələrin hesabına mərhum II İohan Pavelin şəxsi vəsaiti hesabına tikiləcək.

Elə həmin gün kardinal K.Sepenin Bakının Nizami rayonu ərazisində yerləşən evsizlər üçün sığınacağa və katolik prixoduna baş çəkəcəyi planlaşdırılır.

Səfər zamanı Vatikanın nümayəndəsi həmçinin prezident İlham Əliyevlə, Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı şeyxülislam Allahşükür Paşazadə ilə və dini icmaların nümayəndələri ilə görüşəcək.

Ümumilikdə, Bakıda 150 katolik var. Nümayəndəlikdən verilən məlumatda eyni zamanda, paytaxtda yaşayan əcnəbilər arasında bir o qədər katolikin olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti