...

CÜDOÇULARIMIZ HƏLƏLİK MEDAL QAZANMAYIBLAR

Cəmiyyət Materials 10 Sentyabr 2005 11:31 (UTC +04:00)

Sentyabrın 9-da Misirdə (Qahirə) cüdo üzrə dünya çempionatında daha iki atletimiz çıxış edib. Trend in xəbər verdiyi kimi, Elxan Rəcəbli (81 kq) yarışa uğurla start verərək K.Boubakar (Nigeriya) və E.Rusu (Moldova) üzərində təmiz qələbə qazansa da, fransalı cüdoçu A.Rodriqesə uduzub.

Lakin onun mükafat qazanmaq şansı olsa da, birinci qarşılaşmada koreyalı Kim Min Quya məğlub olub. Bu çəki dərəcəsində çempionatın qalibi finalda əlcəzairli A.Benamadi üzərində qələbə qazanan hollandiyalı Q.Elmont olub.

90 kq çəki dərəcəsində Fariz Ramizzadə elə birinci qarşılaşmada uduzaraq yarışı tərk edib.

Xəbər lenti

Xəbər lenti