...

MACARISTAN OMBUDSMANI RAMİL SƏFƏROVUN MƏHKƏMƏ PROSESİNƏ NƏZARƏT EDİR

Cəmiyyət Materials 10 Sentyabr 2005 13:20 (UTC +04:00)

Macarıstan ombudsmanı erməni həmkarını öldürməkdə təqsirli bilinən Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun məhkəmə prosesinə nəzarət edir. Bu barədə Trend ə Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanbəyova məlumat verib.

Müvəkkilin sözlərinə görə, Macarıstan ombudsmanı onun xahişi ilə bu məsələ ilə ciddi surətdə maraqlanır və Ramil Səfərovun saxlanılma şəraitinə nəzarət edir. "Dünyanın bütün ölkələrində məhkəmələr müstəqildir və heç kim onların işinə təsir edə bilməz, lakin insan haqlarının müdafiəsi nöqteyi-nəzərindən nəzarət vacibdir", - deyə E.Süleymanbəyova qeyd edib.

Azərbaycan ombudsmanı əmindir ki, məhkəmə ədalətli hökm çıxaracaq və o, qanun çərçivəsində kənardan heç bir təsir olmadan qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti