...

AZƏRBAYCANLI BOKSÇULAR TURNİRDƏ 8 MÜKAFAT QAZANIBLAR

Cəmiyyət Materials 13 Sentyabr 2005 12:37 (UTC +04:00)

Mahaçqalada baş çatan Sovet İttifaqı Qəhrəmanı Maqomed Umaxanovun şərəfinə keçirilən turnirdə Azərbaycan boksçuları iki qızıl, iki gümüş və bürünc medal qazanıblar.

Trend in məlumatına görə, kollektivin tərkibində daha yüksək qələbəyə Emil Məhərrəmov (64 kq) və Vüqar Ələkbərov alaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finala öz çəki dərəcələrində Şahlar Nağıyev (57 kq) və Şahin İmranov çıxaraq ikinci yeri tutublar. Bürünc medalların sahibləri Məhəmməd Əhmədov (48 kq), Ceyhun Əbiyev (51 kq), Rahib Bəylərov (69 kq) və Cavid Tağıyev (75 kq) olublar. Bunun sayəsində də Azərbaycan komandası ümumi hesabda ikinci olub.

Yarışda respublikanın həmçinin üç hakim - Mehman Mürsəlov, Niftalı Quliyev və Ravil Yenikeyev də təmsil ediblər.

Turnirdə ümumilikdə 14 ölkədən 104 dəri əlcək ustası iştirak edib.

Xəbər lenti

Xəbər lenti